"Qəbələ" klubu fəaliyyətini dayandırdı

"Qəbələ" klubu fəaliyyətini dayandırdı
  16 Mart 2020    Oxunub:1666
"Qəbələ" İdman Klubu bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, bu addım koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə atılıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyi qeyd olunub.

Azvision.az


Teqlər: Qəbələ   Klub  





Xəbər lenti