Ermənistanda fövqəladə vəziyyət elan edildi

  16 Mart 2020    Oxunub : 1539
Ermənistanda fövqəladə vəziyyət elan edildi
Ermənistan hökuməti bir ay ərzində ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında qərar qəbul olunub.

"Martın 16-ı saat 17:00-dan 16 aprel 09:00-a qədər respublika ərzisində fövqəladə vəziyyət elan olunur",- deyə Ermənistanın ədliyyə naziri Rustəm Badasyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi dünyada və Ermənistanda koronavirusun yayılması ilə əlaqədar tətbiq edilib.

Eçimiədzin şəhərindəki epidemioloji vəziyyətin insanların təhlükəsizliyinə və sağlamlığına təhdid olduğunu nəzərə alaraq belə qərarına verildiyi açıqlanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan