İranda bir gündə 129 nəfər virusdan ölüb

İranda bir gündə 129 nəfər virusdan ölüb
  16 Mart 2020    Oxunub:1252
İranda koronavirusdan ölənlərin sayı 853 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əlirza Vahabzadə bildirib. Onun sözlərinə görə, son sutka ərzində yeni növ koronavirusdan daha 129 nəfər ölüb. Bir gündə virusa yoluxanların sayı isə 1,053 nəfər olub.

Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 14, 991 nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Virus  





Xəbər lenti