AMEA-da yeni təyinat

  16 Mart 2020    Oxunub : 1520
AMEA-da yeni təyinat
AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə keçirilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, şöbə müdiri vəzifəsinə Elmira Əliyeva təyin edilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, Elmira Əliyeva bundan əvvəl həmin şöbənin Kadrlar sektorunda baş mütəxəssis vəzifəsində çalışıb.

Azvision.az

Teqlər: AMEA