Rusiyada terror aktı - ölənlər var
Şəhərin Yol Polisi İdarəsinin binası qarşısında baş verən terror aktı nəticəsində 1985 və 1988-ci il təvəllüdlü 3 nəfər polis əməkdaşının həlak olduğu bildirilir.
İstintaq qrupu müəyyən edib ki, 50 kiloqram trotil gücündə olan partlayıcı qurğu VAZ markalı maşında yerləşdirilibmiş. Faktla bağlı cinayət işinə başlayan Rusiya polisi hadisənin gələn ilin fevralında keçiriləcək Soçi Qış Olimpiya Oyunları ilə mümkün əlaqəsini araşdırır.
Vüqar İsmayılov