Azərbaycan boksçusu erməni ilə qarşılaşacaq

Azərbaycan boksçusu erməni ilə qarşılaşacaq
  17 Mart 2020    Oxunub:2084
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.
Azvision.az xəbər verir ki, birinci seansda Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Olimpiya mükafatçımız Lorenzo Sotomayor yarışda ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Sotomayor rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.

Azvision.az


Teqlər: Boks   Yarış  





Xəbər lenti