Ermənistanda koronavirusa yoluxanların sayı 52-yə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 52-yə çatıb
  17 Mart 2020    Oxunub:1166
Ermənistanda koronavirusa yoluxanların sayı 52 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, daha 50 testin nəticələri məlum olub. Onlardan 7-si müsbət çıxıb. Koronavirusa 12 yoluxma halı Eçmiədzində qeydə alınıb.

Xatırladaq ki, Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti