BMT Təhlükəsizlik Şurası bütün iclaslarını təxirə saldı
BMT-nin mənzil-qərargahı ən yüksək dərəcədə koronavirus infeksiyasının qeydə alındığı Nyu-Yorkda yerləşir. Martın 16-na olan məlumata görə, Nyu-Yorkda 950 yoluxma qeydə alınıb, 7 nəfər ölüb.
Daha əvvəl BMT-nin Baş katibi Antonio Qutteriş bəyan edib ki, martın 16-dan aprelin 12-dək BMT katibliyinin işçiləri təcili ehtiyac olmadıqca kənardan çalışacaqlar.
Keçən həftə Filippinin BMT-dəki Daimi nümayəndəliyinin işçilərindən birində koronavirusa yoluxma aşkarlanıb. Bundan sonra diplomatik nümayəndəlik bağlanıb və işçilər karantinə alınıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BMT