Koronavirus 162 ölkədə yayılıb, 80 minə yaxın xəstə sağalıb - STATİSTİKA

Koronavirus 162 ölkədə yayılıb, 80 minə yaxın xəstə sağalıb -  STATİSTİKA
  17 Mart 2020    Oxunub:3496
Bu günədək dünyada 182 min 864 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, indiyədək virusa yoluxmuş 7174 xəstə ölüb. 79 min 886 nəfər sağalıb. Yerdə qalan 95 min 804 nəfərdən 89 min 641-nin vəziyyəti qənaətbəxş hesab olunur. 6163 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 162 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80881 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3226 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 21 nəfər olub. Hesabat saatında 13 nəfər dünyasını dəyişib.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 27 min 980 nəfər xəstə qeydə alınıb. Onlardan 2158 nəfəri dünyasını dəyişib. Hesabat müddətində yeni yoluxmaya rast gəlinməyib.

Üçüncü sırada yer alan İranda 14991 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 853 nəfəri ölüb. Son 12 saat ərzində yeni yoluxma faktı qeydə alınmayıb.

Dördüncü yerdə qərarlaşan İspaniyada 9942 virusa yoluxma baş verib. Onlardan 342 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində yeni yoluxma halı aşkarlanmayıb.

Siyahıda beşinci olan Cənubi Koreyada isə 8320 virusa yoluxma təsdiqlənib. Onlardan 81 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 84 nəfər virusa yoluxub və 6 nəfər ölüb.

Ümumilikdə isə son 12 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə 412 yeni yoluxma faktı qeydə alınıb, cəmi 27 nəfər virusdan dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti