Ermənistanda koronavirusa yoluxanların sayı 64-ə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 64-ə çatdı
  17 Mart 2020    Oxunub:2245
Bu gün Ermənistanda daha 12 nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 6 yeni yoluxma faktı Eçmiədzində, digər 6 fakt isə İrəvanın istehsal hissəsində baş verib. Xəstələrin hamısı karantinə alınıb.

Bununla da Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 64-ə çatıb, xəstələrdən biri, İrandan qayıdan 29 yaşlı gənc sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti