Macarıstanda qalan azərbaycanlılar ölkəyə gətiriləcək

 Macarıstanda qalan azərbaycanlılar ölkəyə gətiriləcək
  17 Mart 2020    Oxunub:2464
Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Macarıstanda qalmış vətəndaşlarımızın ölkəyə təxliyə olunması ilə əlaqədar 18 mart tarixində Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, çarter reysi vasitəsilə ilk növbədə WizzAir şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur.

"Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər WizzAir şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq.

Əlavə olaraq bildiririk ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikası tətbiq olunan qaydalara ciddi şəkildə riayət etməli xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Macarıstan   Səfirlik  





Xəbər lenti