Pakistan səfirliyi konsulluq xidmətini dayandırdı

  17 Mart 2020    Oxunub : 1163
Pakistan səfirliyi konsulluq xidmətini dayandırdı
Pakistanın Azərbaycandakı səfirliyi koronavirus pandemiyası ilə əlaqədar konsulluq xidmətini dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Məlumatda vurğulanıb ki, "COVID-19” virusunun yayılması ilə əlaqədar olaraq və Azərbaycan hökumətinin ehtiyat tədbirləri nəzərə alınaraq, səfirliyin konsulluq xidmətinin fəaliyyəti martın 30-dək dayandırılır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pakistan