AVRO-2020 təxirə salındı

   AVRO-2020 təxirə salındı
  17 Mart 2020    Oxunub:3789
Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 turniri təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə "beIN Sports"un italiyalı müxbiri Tancredi Palmeri və "New York Times" nəşrinin jurnalisti Tariq Panca məlumat yayıb. Bildirilib ki, turnir gələn ilin yayında təşkil olunacaq.

Qeyd edilib ki, qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşdə qəbul olunub.

Qərar UEFA-nın İcraiyyə Komitəsinin bu gün keçiriləcək videokonfransında müzakirə olunacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UEFA  





Xəbər lenti