Obama Putinlə barışdı

Obama Putinlə barışdı
  28 Dekabr 2013    Oxunub:898
İki ölkə ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Rusiyalı ilə bir çox sahələrdə, o cümlədən, ticarət, təhlükəsizlik və vətəndaş cəmiyyətləri sahəsində əməkdaşlığa tərəfdar çıxıb.
Bu barədə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ketlin Heyden məlumat verib.

Rusiya və ABŞ prezident komissiyalarının 2013-cü ilin yekunu ilə bağlı son toplantısı zamanı Barak Obamanın müraciəti oxunub.
“Prezident Obama işçi qrupları Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə və genişləndirməyə çağırır. Ticarət və investisiya sahəsindəki maneələrin aradan qaldırılması, təhlükəsizliyin möhkəmləndirilməsi və elmin, innovasiyaların inkişafı üçün bu əməkdaşlı lazımıdır” – deyə Obamanın müraciətində deyilir.

Xatırladaq ki, prezident komissiyalarının yekun toplantısında Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri iştirak ediblər.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti