Daha 157 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətirildi

  17 Mart 2020    Oxunub : 1282
Daha 157 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətirildi
Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, daha 157 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.

Bu, artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AZAL   Türkiyə