Bakıdakı Avropa çempionatı təxirə salındı

Bakıdakı Avropa çempionatı təxirə salındı
  17 Mart 2020    Oxunub:2183
27 - 31 mayda Bakıda keçirilməsi planlaşdırılan kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı təxirə salınıb.
Azvision.az Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı yarışla yanaşı bir neçə turnir ləğv oluub. Qitə çempionatı Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir.

Bildirilib ki, yeni tarixlərlə bağlı aprel ayının sonlarında ətraflı məlumat veriləcək.

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov yarışları təxirə salınması ilə bağlı açıqlama verib: "Əsas narahatlığımız hər zaman gimnastların, onların yaxınlarının, azarkeşlərin və tərəfdaşlarımızın təhlükəsizliyi və rifahıdır. Mövcud vəziyyəti nəzərə alaraq, bu vacib hadisələrin təxirə salınmasının ən yaxşı variant olduğunu düşünürük".

Qeyd edək ki, daha öncə 17 - 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. 24 - 26 apreldə Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib. Mart ayında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb.

Azvision.az


Teqlər: Gimnastika  





Xəbər lenti