Çində 3237 nəfər koronavirusdan ölüb

  18 Mart 2020    Oxunub : 1540
Çində 3237 nəfər koronavirusdan ölüb
Son sutka ərzində Çində koronavirusdan ölənlərin sayı 11 nəfər artıb, 922 nəfər sağalaraq evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların sayı 13 nəfər artaraq 80,8 min nəfərə çatıb. Sağalanların sayı 69,6 min nəfər olsa da, indiyədək 3237 xəstə həyatını itirib.

Qeyd edək ki, COVİD-19 infeksiyası pandemiya elan edilib və dünyada infeksiyaya yoluxanların ümumi sayı 179 112 nəfərdən çoxdur.

Azvision.az

Teqlər: COVİD   Virus