ABŞ virusa görə Avropaya qoşun göndərmədi

ABŞ virusa görə Avropaya qoşun göndərmədi
  18 Mart 2020    Oxunub:1717
ABŞ koronavirusla əlaqədar Avropaya qoşun göndərməkdən imtina edib.
Azvision.az xəbər verir ki, Birləşmiş Ştatlar NATO-nun Avropada və Baltikyanı ölkələrdə keçirməyi planlaşdırdığı “Defender Europe 2020” genişmiqyaslı təlimində iştirak etmək üçün hərbi qulluqçularını göndərməyəcəyi bəyan edib.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi təlimlərdə 20 min Amerika hərbçisi iştirak edəcəkdi. Təlimlər 10 Avropa ölkəsinin ərazisində keçirilməli idi.

Azvision.az


Teqlər: Təlim   ABŞ  





Xəbər lenti