Teledərslərin yayımı müvəqqəti dayandırılır

  18 Mart 2020    Oxunub : 1000
Teledərslərin yayımı müvəqqəti dayandırılır
Martın 19-dan “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramı müvəqqəti dayandırılır.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, teledərslər Novruz bayramı ilə əlaqədar müvəqqəti dayandırılır: “Martın 24-dən etibarən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslər yenidən ekranlara çıxacaq. Bundan əlavə, peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər olacaq”.

Azvision.az

Teqlər: Teledərs   Təhsil-Nazirliyi