Koronavirusa yoluxmuş it öldü

Koronavirusa yoluxmuş it öldü
  18 Mart 2020    Oxunub:1479
Honq Konqda koronavirusa yoluxmuş it ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

İtin sahibi hadisənin martın 16-da baş verdiyini deyib. Honq Konqda fevral ayının sonunda aparılmış təhlillər 17 yaşlı pomeran spitzində koronavirusu təsdiqləyib və o, karantinə alınıb.

ÜST heyvanın ilk olaraq bu virusa yoluxma halını araşdırdığını bəyan edib. Ehtimal olunur ki, virus heyvana sahibindən keçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti