Xaricdə oxuyan bir qrup tələbə ölkəyə gətirildi

Xaricdə oxuyan bir qrup tələbə ölkəyə gətirildi
  18 Mart 2020    Oxunub:3931
Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiya halını almasına görə, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə oxuyan tələbələrinin zərurət yarandığı halda təxliyə edilməsinə qərar verilib.
BANM-dən Azvision.az -a bildirilib ki, artıq Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuraliyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən Bakıya gətirilməsi təmin edilib.

Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məcidov, Faiq Hacıbalayev və Fidan Quliyeva İtaliyadan təxliyə olunuraq ötən gün "Azərbaycan Hava Yolları" (AZAL) QSC-YƏ məxsus xüsusi reyslə Bakıya geri qaytarılıb. Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Nigar Cahangirova, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Aytac Xodayeva, Mirzəxan Əliyev də Fransadan təxliyə olunaraq Azərbaycana gətiriliblər.

Eyni zamanda, tələbələrin yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması təmin edilib. Onların hər birinin vəziyyəti qənətbəxşdir.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində istehsalat təcrübəsində iştirak edirdi. Onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibi olublar.

Xaricdə təhsil alan digər BANM tələbələrinə məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, gigyenik qaydalara riayət etmələri, təxliyyə zərurət yarandığı halda mütləq şəkildə Ali Məktəbin məsul şəxslərinə məlumat vermələri tövsiyə olunur.

Azvision.az



Teqlər: BANM   Tələbə  





Xəbər lenti