Koronavirusa yoluxan məşhur cütlük sağaldı

  18 Mart 2020    Oxunub : 1530
 Koronavirusa yoluxan məşhur cütlük sağaldı
Amerikalı məşhur aktyor, prodüser Tom Henks və onun həyat yoldaşı Rita Uilson koronavirusdan sağalıblar.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük artıq xəstəxanadan evə buraxılıb. Onlar bir müddət özlərini qorumaq məqsədilə Avstraliyanın Kuinslənd əyalətində kirayə mənzildə qalacaqlar.

Aktyor insanları təşvişə düşməməyə çağırıb, hazırda özlərini yaxşı hiss etdiklərini bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: TomHenks   Aktyor