“Eurovision 2020” ləğv edildi - RƏSMİ

"Avropa Yayım Korporasiyası tədbirin keçirilməməsi ilə bağlı çətin qərarı verdi" - deyə Avropa Yayım Şurasının "Twitter"də yerləşdirdiyi məlumatda qeyd olunub.
Bildirilib ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı. Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil etməliydi.
Azvision.az
Teqlər: Evrovision