İranda bir gündə koronavirusdan 145 nəfər öldü

 İranda bir gündə koronavirusdan 145 nəfər öldü
  19 Mart 2020    Oxunub:2709
İranda son sutka ərzində 145 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib.

Onun sözlərinə görə, ölkə üzrə virusdan ölənlərin sayı 1135-ə, yoluxanların sayı isə 17 min 361 nəfərə çatıb. Bununla yanaşı, 5710 xəstə sağalaraq xəstəxanadan evə buraxılıb.

Azvision.az



Teqlər: İran  





Xəbər lenti