Dünyada koronavirusa yoluxanların sayı 220 minə çatır - STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 220 minə çatır -  STATİSTİKA
  19 Mart 2020    Oxunub:2630
Bu günədək dünyada 219 min 345 nəfər yeni növ koronavirusa yoluxub.

Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, indiyədək virusa yoluxmuş 8969 xəstə ölüb. 85 min 745 nəfər sağalıb. Yerdə qalan 124 min 631 nəfərdən 117 min 817-nin vəziyyəti qənaətbəxş hesab olunur. 6814 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Son məlumatlara görə, koronavirusa dünyanın 176 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80928 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3245 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 8 nəfər olub. Hesabat saatında 34 nəfər dünyasını dəyişib.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 35 min 713 nəfər xəstə qeydə alınıb. Onlardan 2978 nəfəri dünyasını dəyişib. Hesabat müddətində yeni yoluxmaya rast gəlinməyib.

Üçüncü sırada yer alan İranda 17361 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 1135 nəfəri ölüb. Son 12 saat ərzində yeni yoluxma faktı qeydə alınmayıb.

Dördüncü yerdə qərarlaşan İspaniyada 14769 virusa yoluxma baş verib. Onlardan 638 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində yeni yoluxma halı aşkarlanmayıb.

Siyahıda beşinci olan Almaniyada 12327 nəfər virusa yoluxub ki, onlardan 28-i ölüb.

Altıncı yerdə qərarlaşan ABŞ-da isə 9464 virusa yoluxma təsdiqlənib. İndiyədək 155 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 205 nəfər virusa yoluxub və 5 nəfər ölüb.

Siyahının yeddinci pilləsində yer alan Fransada 9134 nəfər virusa yoluxub, 264 nəfər ölüb.

Cənubi Koreyada 8565 nəfər koronavirusa yoluxub, 91 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 152 yeni yoluxma faktı qeydə alınıb.

Ümumilikdə isə son 12 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə 557 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər virusdan dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti