Uhanda son 24 saatda ölüm və yoluxma olmayıb

  19 Mart 2020    Oxunub : 1678
 Uhanda son 24 saatda ölüm və yoluxma olmayıb
Son gün ərzində Çində pandemiyanın episentri olmuş Uhan şəhərində koronavirusa yoluxma və ya ölüm qeydə alınmayıb.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, ölkə üzrə virusa yoluxanların sayı cəmi 34 nəfər artıb. Bundan başqa, virusdan sağalanların sayı da artmaqdadır. Ümumilikdə isə Çində virusdan ölüm faizinin rəsmi göstəricisi 4% təşkil edir.

Azvision.az

Teqlər: Virus