Koronavirusa yoluxmanın 8 yeni əlaməti aşkar edildi

Koronavirusa yoluxmanın 8 yeni əlaməti aşkar edildi
  19 Mart 2020    Oxunub:5332
Almaniyalı alimlər yeni növ koronavirusun daha 8 ilkin əlamətini aşkar ediblər.

Azvision.az xəbər verir ki, Bonn Universiteti Xəstəxanasının Virusologiya İnstitutunun direktoru, professor Hendrik Strik koronavirusa yoluxanların üçdə ikisində bir neçə gün dad və qoxu bilmə hissinin itdiyini söyləyib.
Onun sözlərinə görə, bundan başqa xəstələrin 30 faizində ishal müşahidə olunur: "Virusun ən çox rast gəlinən əlaməti quru öskürək və qızdırmadır. Virusa yoluxma əlamətlərindən olan boğaz ağrısına digərləri ilə müqayisədə daha az rast gəlinir. Ancaq boğaz ağrısını da virusun əlamətləri hesab etmək olar".

H.Strik bildirib ki, virusun yaratdığı tənginəfəslik ölümə səbəb olur: "Virus güclü tənginəfəslik yaradır. Əvvəlcədən bu tipli xəstəlikləri olanlar virusa daha tez yoluxur və ölüm riskləri yüksəkdir. Xəstəliyin əlamətlərindən biri də yorğunluqdur. Eyni zamanda əzələ və sinir ağrıları ilə müşayiət olunur. Baş ağrısı da virusa yoluxma əlamətlərindəndir. İshal isə virusa yoluxma əlaməti olsa da, daha az insanda özünü göstərir".

Professor qeyd edib ki, virusa yoluxanların çoxu xəstəliyi yüngül simptomlara keçirir: "Yeni növ koronavirus "SARS-1"-lə müqayisədə daha az təhlükəlidir. Amma Covid-19 sürətli yayılma xüsusiyyətinə malikdir".

Kənan Məmmədov
Azvision.az




Teqlər: Koronavirus   Əlamətləri  





Xəbər lenti