Ermənistanda tibb işçisi koronavirusa yoluxdu

Ermənistanda tibb işçisi koronavirusa yoluxdu
  19 Mart 2020    Oxunub:1581
Ermənistanda tibb işçisi yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan bildirib.

Onun sözlərinə görə, 115 yoluxma hadisəsindən biri tibb bacısında qeydə alınıb. Həmin şəxs yolxucu xəstəliklər xəstəxanasında çalışır.

A.Torosyan qeyd edib ki, tibb bacısı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti