Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

 Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı
  19 Mart 2020    Oxunub:2170
Rusiyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, virus aşkarlanmış yaşlı qadın dünyasını dəyişib.

Bildirilib ki, yaşlı xəstədə diabet, ürək problemi, hipertoniya daxil olmaqla, bir sıra xroniki xəstəliklər olub və ona bütün lazımi intensiv yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 79 yaşlı qadın martın 13-də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti