Aksiya iştirakçılar əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqları, həmçinin üzərində “Ermənistan, Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarından əl çək!”, “Ermənistan Xocalı soyqırımına görə məsuliyyət daşıyır”, “Qarabağ hər zaman Azərbaycanın tarixi və qanuni hissəsi olub!” kimi plakatlar tutublar. Kapitoli Hilddə baş tutan etiraz aksiyasında Azərbaycan, Türkiyə, Özbəkistan diasporunun nümayəndələri fəal iştirak ediblər.
Qeyd edək ki, ermənilərin tədbirində Ermənistanın ABŞ-dakı səfirliyinin, qondarma “DQR-in nümayəndəliyinin” üzvlərinin iştirakı, “DQR gənclər naziri” isə müraciətlə çıxışı nəzərdə tutulub.(ans)