“Böyük beşlik” 4 milyard avro ziyana düşdü

 “Böyük beşlik” 4 milyard avro ziyana düşdü
  19 Mart 2020    Oxunub:2477
Avropanın "böyük beşlik" ölkələrində futbol çempionatlarının təxirə salınmasının klublara vurduğu zərər açıqlanıb.

Azvision.az xəbər verir ki, "böyük beşlik" ölkələrinin çempionatlarında mübarizə aparan klublar 4 milyard avro zərərlə üzləşiblər.
Ən böyük maddi ziyan İngiltərə Premyer Liqasının klublarına dəyib. Belə ki, Premyer Liqa klublarının zərəri 1 milyard 250 milyon avro proqnozlaşdırılıb.

İspaniya La Liqasında bu məbləğ 800-900 milyon avro, Almaniya Bundesliqasında 650-750 milyon avro, İtaliya A Seriyasında 550-650 milyon avro, Fransa çempionatında isə 300-400 milyon avro təşkil edir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Koronavirus  





Xəbər lenti