Tramp müşavirini Moskvaya göndərir

Tramp müşavirini Moskvaya göndərir
  19 Mart 2020    Oxunub:1428
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O' Brayn Moskvada qələbənin 75 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində Birləşmiş Ştatların nümayəndə heyətinə rəhbərlik edəcək.
Azvision.az "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bildirib.

Onun sözlərinə görə, ABŞ-dan yüksək səviyyəli nümayəndə heyətinin may ayında Moskvada keçiriləcək qələbə tədbirlərinə qatılması Birləşmiş Ştatların anti-Hitler koalisiyasının bütün müttəfiqlərinin, Amerika və keçmiş sovet xalqlarının verdikləri qurbanların xatirəsinə ehtiramla yanaşmasını göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Müşavir   Moskva  





Xəbər lenti