Bələdiyyə yaşlılara görə meydandakı oturacaqları sökdü

  19 Mart 2020    Oxunub : 1524
Bələdiyyə yaşlılara görə meydandakı oturacaqları sökdü
Türkiyədə Dənizli Böyükşəhər Bələdiyyəsi "Bayram Yeri" adlanan və daha çox yaşlıların toplaşdığı ərazidəki oturacaqları söküb.
Azvision.az xəbər verir ki, buna səbəb yaşlı əhalinin yeni növ koronavirusla bağlı xəbərdarlıqlara məhəl qoymamasıdır.

Belə ki, koronavirusun yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində əhaliyə evlərindən çölə çıxmamaq xəbərdarlığı olunub. Ancaq yaşlı insanlar buna məhələ qoymayaraq, əvvəlki günlərdə olduğu kimi meydana toplaşmağa başlayıblar. Dənizli Böyükşəhər Bələdiyyəsi isə problemdən çıxış yolu kimi meydandakı 20 oturacağı söküb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Koronavirus