İspaniyada koronavirusa yoluxanların sayı 17 mini keçdi

İspaniyada koronavirusa yoluxanların sayı 17 mini keçdi
  19 Mart 2020    Oxunub:1706
İspaniyada COVID-19 virusuna yoluxanların sayı 17 min nəfəri keçib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə bir gün ərzində 160-dan çox insan koronavirusdan ölüb.

İspaniyanın Səhiyyə Nazirliyindən bildirilib ki, 17 min 147 nəfər yoluxandan 6,7 mini Madriddə xəstəxanlarda yerləşdirilib. Martın 18-də 13,7 min yoluxma hadisəsi qeydə alınıb. 900-dən çox xəstənin vəziyyəti ağırdır, 1,1 min nəfər isə sağalıb.

İspaniya hazırda yeni koronavirusa yoluxanların sayına görə İtaliyadan sonra ikinci, dünyada dördüncü yerdədir (Çin, İtaliya və İrandan sonra).

Ölkə demək olar ki, tamamilə karantindədir, insanlara yalnız qida, dərman, zəruri əşyalar almaq, habelə işə getmək üçün icazə verilir. Şirkətlər işi kütləvi şəkildə online rejimə keçirirlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti