Özünü dezinfeksiya etmək istəyən 15 nəfər içkidən öldü

Özünü dezinfeksiya etmək istəyən 15 nəfər içkidən öldü
  19 Mart 2020    Oxunub:2495
Türkiyədə 15 nəfər saxta içkidən zəhərlənərək ölüb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkmənistandan gələn miqrantlar kustar üsulla hazırlanan spirtli içkini qəbul etdikdən sonra onlar arasında kütləvi zəhərlənmə olub.

Nəticədə özünü alkoqol ilə koronavirus əleyhinə dezinfeksiya etmək istəyən 15 nəfər ölüb, 60 nəfər isə reanimasiyaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. Saxta içki satışı ilə məşğul olan 7 nəfər saxlanılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti