Trampla Makron arasında koronavirus müzakirəsi

  20 Mart 2020    Oxunub : 1551
 Trampla Makron arasında koronavirus müzakirəsi
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron ilə telefon əlaqəsi saxlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentlər koronavirusa qarşı mübarizəni müzakirə ediblər.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dirin açıqlamasında qeyd edilir.

Bildirilir ki, liderlər G7 və digər beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq pandemiyanın aradan qaldırılması və onun törədəcəyi iqtisadi zərərin minimuma endirilməsi üçün sıx əməkdaşlığı davam etdirməyə qərar veriblər.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tramp   Makron   koronavirus