Gürcüstan və Türkiyə arasında uçuşlar dayandırıldı

  20 Mart 2020    Oxunub : 1413
Gürcüstan və Türkiyə arasında uçuşlar dayandırıldı
Koronavirus pandemiyası ilə əlaqədar bu gündən Gürcüstan və Türkiyə arasında uçuşlar dayandırılıb.
Azvision.az xəbər verir ki, uçuşların dayandırılması martın 14-ə planlaşdırılsa da, hər iki tərəfin razılığı ilə bu müddət martın 20-nə qədər uzadılıb.

Qeyd edək ki, Gürcüstan artıq Rusiya, Türkiyə, Ermənistan və Azərbaycanla quru sərhədlərini tamamilə bağlayıb. Həmçinin xarici vətəndaşların Gürcüstan ərazisinə girişi qadağan olunub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan