Çində iki gün ərzində ölkədaxili virusa yoluxma olmayıb

 Çində iki gün ərzində ölkədaxili virusa yoluxma olmayıb
  20 Mart 2020    Oxunub:2856
Çində son iki gün ərzində ölkədaxili virusa yoluxma halı qeydə alınmayıb.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, xaricdə virusa yoluxub ölkəyə gəlmə halları hələ də müşahidə edilir. Sutka ərzində 39 belə yoluxma aşkarlanıb.
Ümumilikdə Çində koronavirusdan ölüm sayı kəskin aşağı düşüb. Dekabr ayından bu günə kimi 3248 nəfər dünyasını dəyişib. Ötən gün isə 3 nəfər ölüb.

Çinli və beynəlxalq müşahidəçilər ölkədə yoluxmanın azalmasının ciddi qadağalar və karantinlərlə əlaqəli olduğunu vurğulayıblar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti