Antalyada 6 ballıq zəlzələ...

Antalyada 6 ballıq zəlzələ...
  29 Dekabr 2013    Oxunub:822
Türkiyənin Antalya bölgəsində zəlzələ…
Türkiyənin ən önəmli kurort bölgələrindən olan Antalyada zəlzələ həyəcanı yaşanıb. Belə ki, axşam saatlarında baş vermiş zəlzələnin rixter şkalasıyla gücü 6.0 bal olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya və bu şəhərin ətraf bölgələrində hiss olunan zəlzələnin episentri Antalya körfəzinə təsadüf edib.

Türkiyənin təbii fəlakətlərin idarə edilməsiylə bağlı dövlət qurumundan Antalya və çevrəsində 6.0 bal gücündə zəlzələnin olduğunu rəsmən təsdiqləyiblər. Təbii fəlakətin nəticələri, itkilər barəsində isə hələlik hər hansı məlumat verilməyib.


Teqlər:  





Xəbər lenti