Gürcüstan bütün istiqamətlərdə uçuşları dayandırır

  20 Mart 2020    Oxunub : 1086
Gürcüstan bütün istiqamətlərdə uçuşları dayandırır
Gürcüstan sabahdan etibarən yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bütün istiqamətlərdə hava nəqliyyatının hərəkətini dayandırır.
Azvision.az xəbər verir ki, bunu ölkənin Baş nazirinin müşaviri İrakli Çikovani deyib. Onun sözlərinə görə, yalnız Gürcüstan hava yolları tərəfindən hökuməti ilə razılaşdırılmış uçuşlar həyata keçiriləcək.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan   koronavirus