Elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək

Elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək
  21 Mart 2020    Oxunub:2400
Elektron imza sertifikatının sifarişi onlayn qəbul olunacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzindən Azvision.az -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına əsasən, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə vətəndaş qəbullarının təxirə salındığı, müraciətlərin yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməli olduğunu nəzərə alaraq bu gündən etibarən elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək.

Onlayn sifariş edilən elektron imza sertifikatını ərizədə göstərilən yaşayış yerinə yaxın olan "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən almaq mümkündür. Zəng mərkəzi: 157

Azvision.az



Teqlər: Nazirlik   İmza   Elektron   Onlayn  





Xəbər lenti