Dünyada koronavirusa yoluxanların sayı 234 mini ötdü

 Dünyada koronavirusa yoluxanların sayı 234 mini ötdü
  21 Mart 2020    Oxunub:3492
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların ümumi sayı 234 073 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti Avropada (104 min) qeydə alınıb. Həmçinin 9 840 ölüm hadisəsi baş verib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: İnfeksiya  





Xəbər lenti