Tailandda COVID-19-a yoluxma rekord həddə çatıb

Tailandda COVID-19-a yoluxma rekord həddə çatıb
  21 Mart 2020    Oxunub:2272
Tailandda sutka ərzində COVID-19-a 89 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 411-ə çatıb.

Qeyd edək ki, bu, epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunur. Bu günə kimi Tailandda 1 nəfər virusdan ölüb, 44 nəfər isə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Virus  





Xəbər lenti