Azərbaycan “Eurovision-2013” təmsilçisini seçdi - VİDEO

Azərbaycan “Eurovision-2013” təmsilçisini seçdi - VİDEO
  15 Mart 2013    Oxunub:1380
Qalib Fərid Məmmədovdur.

Azərbaycanı 58-ci Eurovision Mahnı Müsabiqəsində Fərid Məmmədov təmsil edəcək. Bu gün “ButaPalace”da keçirilən milli final şousunda 10 ifaçı Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynovavə Vlada Axundovada öz səs və səhnə imkanlarını numayiş etdirdilər.

Azərbaycanın Eurovision 2013 Mahnı Müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov peşəkar münsiflər heyəti və tamaşaçıların birgə rəyinə görə müəyyənləşdirildi.

Münsiflər heyətinin müzakirəsindən sonra isə müsabiqədə iştirak edəcək şəxsin kimliyi müəyyənləşib. Tamaşaçılara təmsilçimizin adını şounun aparıcısı Leyla Əliyeva açıqlayıb.

Münsiflər heyətinin tərkibinə İctimai Televiziyanın direktoru İsmayıl Ömərov, xalq artisti Səyavuş Kərimi, əməkdar artistlər Tünzalə Ağayeva, Rəşad Haşımov, xalq artisti Zülfiyyə Xanbabayeva və musiqi koordinatoru Zəhra Bədəlbəyli daxildir.

Qeyd edək ki Milli Seçim turunun möhtəşəm finalı İctimai TV-nin və radionun canlı efirində yayımlandı

Final Şounun aparıcıları isə Leyla Əliyeva və Tural Əsədov idi.




Teqlər:  





Xəbər lenti