Gürcüstanda fövqəladə vəziyyət elan oluna bilər

   Gürcüstanda fövqəladə vəziyyət elan oluna bilər
  21 Mart 2020    Oxunub:2526
Gürcüstan hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar bir ay müddətinə fövqəladə vəziyyətin elan olunması tələbi ilə çıxış edib.

Azvision.az xəbər verir ki, bunu ölkənin Baş Naziri Giorgi Qaxaria deyib. Onun sözlərinə görə, fövqəladə vəziyyət aprelin 21-dək qüvvədə qala bilər.
"Gürcüstan Prezidentini bir ay müddətinə fövqəladə vəziyyətin tətbiq edilməsi ilə bağlı qərarı qəbul etməyə çağırırıq", - deyə Baş Bazir qeyd edib.

Gürcüstanda fövqəladə vəziyyətin elan edilməsinə dair qərarı parlament qəbul edir. Parlamentin bu gün xüsusi iclası keçirəcək.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti