Avropanın beş ölkəsində koronavirusa yoluxanların sayı artdı

 Avropanın beş ölkəsində koronavirusa yoluxanların sayı artdı
  21 Mart 2020    Oxunub:2307
Estoniyada bir gündə koronavirusa yoluxanların sayı 23 nəfər artaraq 306 nəfərə çatıb.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 2 812 nəfərdən analiz götürülüb. Hazırda 15 nəfər intensiv müalicə alır və ağır vəziyyətdə olan şəxs yoxdur.
Belçikada virusa yoluxanların sayı 558 nəfər artaraq 2800-ü ötüb. Artıq virus 67 nəfərin həyatına son qoyub.

Ən ağır vəziyyət İspaniyadadır. Belə ki, bir gündə 324 nəfər yeni virusa yoluxub, 1326 nəfər dünyasını dəyişib. Ümumilikdə 24 926 nəfər virus daşıyıcısıdır. 2125 müalicə alaraq xəstəxanadan evə buraxılıb.

Finlandiyada da vəziyyət ürəkaçan deyil. Hazırda ölkədə 521 nəfər koronavirusa yoluxub. Ötən gün 450 nəfərdə virus olduğu bəyan edilmişdi.

Portuqaliya Səhiyyə Nazirliyinin məlumata görə, COVID-19 -a yoluxanların sayı 1280 nəfərə çatb, onlardan 12-si ölüb. Gün ərzində 260 nəfərdə virus aşkarlanıb. Eyni zamanda, 7,5 min nəfərdə xəstəlik əlamətləri şübhəsi olsa da, onlarda diaqnostik testlər aparılmayıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti