512 deputat istefa verdi
Çinin Xynan əyalətinin Xenyan şəhər Xalq Konqresinin 512 deputatı istefa verib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu informasiyanı Sinxua agentliyi yayıb.
Çin Xalq Respublikasına yeni sədrin – Si Çzinpinin gəlişindən sonra ölkədə antikorrupsiya dalğası geniş vüsət alıb. Xenyan şəhərində də deputatlarla 69 yerli məmur ararında rüşvət qalmaqalı baş verib. Alınan məlumata görə, məmurlar deputatlara, ümumilikdə 18,14 milyon dollar rüşvət təklif ediblər.
Teqlər: