Koronavirusun ən çox yayıldığı 10 ölkə - STATİSTİKA

Koronavirusun ən çox yayıldığı 10 ölkə -  STATİSTİKA
  22 Mart 2020    Oxunub:6933
Bu günədək dünyada 308 min 446 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, indiyədək virusa yoluxmuş 13068 xəstə ölüb. 95 min 828 nəfər sağalıb. Yerdə qalan 199 min 550 nəfərdən 189 min 607-nin vəziyyəti qənaətbəxş hesab olunur. 9943 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 188 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (81054 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3260 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 46 nəfər olub. Hesabat saatında 6 nəfər dünyasını dəyişib.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 53 min 578 xəstə qeydə alınıb. Onlardan 4825 nəfəri dünyasını dəyişib. Hesabat müddətində yeni yoluxmaya və ölümə rast gəlinməyib.

Üçüncü sırada yer alan ABŞ-da 26867 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 348 nəfəri ölüb. Son 12 saat ərzində 2660 yeni yoluxma, 46 ölüm qeydə alınıb.

Dördüncü yerdə qərarlaşan İspaniyada 25496 virusa yoluxma baş verib. Onlardan 1381 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində yeni yoluxma halı aşkarlanmayıb.

Siyahıda beşinci olan Almaniyada 22364 nəfər virusa yoluxub ki, onlardan 84-ü ölüb.

Altıncı yerdə qərarlaşan İranda isə 20610 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 1556 nəfər dünyasını dəyişib.

Siyahının yeddinci pilləsində yer alan Fransada indiyədək 14459 nəfər virusa yoluxub, 562 nəfər ölüb.

Səkkizinci pillədə olan Cənubi Koreyada 8897 nəfər koronavirusa yoluxub, 104 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 98 yeni yoluxma, 2 ölüm faktı qeydə alınıb.

Doqquzuncu sırada olan İsveçrədə 6863 nəfər virusa yoluxub, 80 xəstə dünyasını dəyişib.

Onuncu pillədə qərarlaşan Böyük Britaniyada 5018 nəfərin virusa yoluxması aşkar edilib. Onlardan 233-ü ölüb.

Ümumilikdə son 12 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə 3456 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər virusdan dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Dünya   Koronavirus   Statistika  





Xəbər lenti