Türkiyədə 21 nəfər koronavirusdan öldü

Türkiyədə 21 nəfər koronavirusdan öldü
  22 Mart 2020    Oxunub:3563
Türkiyədə yeni növ koronavirusdan ölənlərin sayı 21-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son testlər nəticəsində infeksiyaya 277 yeni yoluxma halı aşkarlanıb. Hazırda Türkiyədə koronavirusa yoluxmuş 947 nəfər xəstəxanalarda müalicə olunur.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Ölüm   Türkiyə  






Xəbər lenti