Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırır

  22 Mart 2020    Oxunub : 1731
Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırır
Rusiyanın “Aeroflot” aviaşirkəti koronovirus pandemiyası ilə əlaqədar Azərbaycan daxil olmaqla 7 ölkəyə uçuşları dayandırır.
Azvision.az xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.

Bildirilib ki, Bakıya uçuşlar martın 29-dan aprelin 30-dək həyata keçirilməyəcək. Həmçinin şirkət Helsinki, Stokholm, Zaqreb, Sofiya və Afinaya da aviareysləri müvəqqəti dayandırıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Rusiya   Koronavirus   Aeroflot   Bakı